Hartzel: "Gürcüstanın taleyi öz əlindədir"

img

Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına gələcəkdə üzv olması üçün qapının açıq olduğu ölkə kimi tanınmasını tövsiyə edib".

 

Rezonans.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel Avropa Komissiyasının Gürcüstanla bağlı açıqlamasını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Avropa Komissiyası Gürcüstana Avropa perspektivi verilməsini məsləhət edib:

 

"Bu qiymətləndirmənin nəticəsi olaraq, hazırda Avropa Komissiyası Gürcüstana Avropa perspektivi verilməsini, namizədlik statusunu isə bir sıra prioritet tədbirlər uğurla həyata keçirildikdən sonra verilməsini məsləhət edib. İcazə verin, bu mesajın əhəmiyyətini vurğulayım: Komissiya tövsiyə edir ki, Gürcüstan Avropa İttifaqına gələcəkdə üzv olması üçün qapının açıq olduğu ölkə kimi tanınsın”, - deyə Hartzel bildirib.

 

Avropa İttifaqının ölkəmizdəki səfiri son olaraq qeyd edib ki, ölkənin taleyi öz əlindədir.

Xəbəri paylaş: