"Ermənistan kimi kiminsə yedəyində gedirlər" - Siyavuş Novruzov

img

Bəzi dövlətlər özlərini müstəqil adlandırsa da, çoxu müstəqil deyil".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Kimsə Ermənistan kimi kiminsə yedəyində gedir, kimisi isə Avropa Birliyi, Avropa İttifaqı kimi və digər qurumlarda təmsil olunur. Öz ölkələrinin maraqları kənarda qalıb, başqa iri dövlətlərin maraqlarını həyata keçirir. Azərbaycan az-az ölkələrdəndir ki, özü müstəqil siyasət aparır”, - deputat qeyd edib.

S.Novruzov əlavə edib ki, Prezident İlham Əliyev hər zaman xalqın maraqlarını ən yüksək səviyyədə dünyada təmsil edir: “Keçmişdə bir ifadə var idi ki, Azərbaycanı Heydər Əliyev və nefti ilə tanıyırdılar. Bu gün isə Azərbaycanı İlham Əliyevin adı ilə tanıyırlar. Harada onun adı gəlirsə, bilirlər ki, orada Azərbaycan, söz, əməl, ictimai-siyasi sabitlik, sülh və əmin-amanlıq var. Ona görə də bütün beynəlxalq tədbirlər Azərbaycanda keçirilir”.

Xəbəri paylaş: