"İstanbul sazişləri əsasında danışıqlara hazırıq" - Putin

img

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin nizamlanması üçün yalnız 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşmalar əsasında danışıqlara hazır olduğunu bəyan edib.

Rezonans.az xəbər verir ki, bu barədə o, BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə danışıb.

Rusiya prezidenti Türkiyədəki danışıqları xatırladıb.

“Ukrayna ora öz imzasını qoyubsa, demək, orada hər şey qaydasında idi, bəzi fundamental işlər var idi. Bəzi təfərrüatlar haqqında danışmaq, onları yekunlaşdırmaq mümkün idi”, - Putin qeyd edib.

Prezident həmçinin Çin və Braziliyanın sülh təşəbbüslərinə və bu ölkələrin münaqişənin həllinə konstruktiv yanaşmasına diqqət çəkib. “Biz başa düşürük ki, bütün dostlarımız, o cümlədən BRİKS üzvləri bu münaqişəni mümkün qədər tez və sülh yolu ilə bitirmək əzmindədirlər. Çünki fərqindəyik ki, bu, təbii ki, beynəlxalq məsələlərdə, Avropa məsələlərində, iqtisadiyyatda və s. Biz hamıdan çox onun mümkün qədər tez və təbii ki, sülh yolu ilə başa çatdırılmasında maraqlıyıq”, - Rusiya prezidenti qeyd edib.

O vurğulayıb ki, Moskva danışıqlar prosesinə qayıtmağa hazırdır və 2022-ci ildə növbəti dialoqdan imtina edəcəyini ilk elan edən Ukrayna tərəfi olub, bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski danışıqları qadağan edən sənədi imzalayıb.

“Hamı bizi danışıqlara çağırır, amma heç kim Ukrayna tərəfinin danışıqlara qadağa qoymasına diqqət yetirmir. Bu sadəcə gülməlidir. Ancaq ən vacib şey əsasdır. Əsas İstanbul danışıqları prosesi zamanı hazırlanmış sənədlərin layihəsidir”, - deyə Vladimir Putin qeyd edib.

Xəbəri paylaş: