Rusiya DİN müğənnini axtarışa verdi

img

Rusiya Daxili İşlər Nazirliyi müğənni Monetoçkanı cinayət işi üzrə Rusiyada axtarışda olduğunu elan edib.

Rezonans.az Rusiya KİV-ə istinadən xəbər verir ki,  müvafiq məlumatlar şöbənin məlumat bazasında yer alıb.

“Elizaveta Qırdımova (Monetoçka) 06.01.1998. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - deyə Daxili İşlər Nazirliyinin saytında bildirilir.

Onun axtarışda olduğu maddə göstərilmir, lakin sentyabrın 6-da ifaçıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. 

Xəbəri paylaş: