Almaniya səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

img

Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Almaniya səfirinin Rusiya XİN-ə çağırılması ölkənin şərqində NATO dəniz komandanlığı qərargahının yaradılması ilə əlaqədadır.

"NATO-nun hərbi infrastrukturunun keçmiş ADR ərazisinə genişləndirilməsi Rusiya Federasiyası tərəfindən müvafiq cavabsız qalmayacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Xəbəri paylaş: