Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüşüb. Danışıqlar Kazan Kremlinin Qubernatorlar Sarayında təşkil olunub.
Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dövlət başçıları ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər üzrə dərin fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu il Rusiya və Çin liderləri artıq iki dəfə - Rusiya prezidentinin Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri zamanı (16-17 may) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitində (3 iyul) görüşüblər.