Qəzzada ölənlərin yeni sayı

img

Ötən ilin oktyabrından İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2530 nəfərə çatıb.

Rezonans.az xəbər verir ki, bu barədə Livan hökumətinin fövqəladə hallar komitəsinin məlumatında deyilir.

“İsrail təcavüzünün başlanmasından bu yana qurbanların ümumi sayı 2530 nəfərə çatıb, 11803 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

Məlumata görə, son 24 saat ərzində İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 63 nəfər ölüb, 234 nəfər yaralanıb.

Xəbəri paylaş: