İsrail daha bir "Hizbullah" liderini öldürdü

İsrail daha bir "Hizbullah" liderini öldürdü

Livanın mülki müdafiə rəsmiləri Beyrutun kənarındakı Əl Mreyc bölgəsində dağıntıları təmizləyərkən "Hizbullah"ın keçmiş icraçı şurasının rəhbəri Haşim Safi əd-Dinin cəsədini aşkar ediblər.

Rezonans.az xəbər verir ki, o, Şeyx Həsən Nəsrullahın ölümündən sonra "Hizbullah"ın baş katibi postuna əsas namizəd hesab edilib.

Safi əd-Din oktyabrın 3-də El-Mreyc bölgəsində bunkerə endirilən zərbə zamanı öldürülüb. Xilasedicilər dağıntıları təmizləyərkən Safi əd-Dinin rəhbərlik etdiyi toplantıda iştirak edən 23 "Hizbullah" üzvünün cəsədini də dağıntılar altından çıxarıblar.

Xəbəri paylaş: