“3+3” regional məsləhət platformasıdır və biz dəfələrlə demişik ki, qonşularla münasibətlərə, regionumuzdakı vəziyyətə önəm veririk və əlaqələrimiz olan tərəfdaşlarla münasibətləri inkişaf etdirməyə, olmayanlarla münasibətləri tənzimləməyə çalışırıq".
Rezonans.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
"Biz “3+3” platformasında əvvəldən iştirak etmişik və bundan sonra da iştirak edəcəyik. O ki qaldı bu platformanın Ermənistan-Azərbaycan danışıqları üçün platforma olub-olmamasına, demək istəyirəm ki, bu təklif masada yoxdur və belə bir təklif olsa, biz ona müsbət cavab verməyi məqsədəuyğun saymayacağıq. Çünki bizim Azərbaycanla ikitərəfli danışıqlarımız formatı var, üstəlik, bütün istiqamətlərdə, həm sərhədlərin demarkasiyası, həm də sülh müqaviləsi ilə bağlı"
Bütün çoxtərəfli formatlarda olduğu kimi, müxtəlif ölkələr eyni vaxtda bir məkanda olmaq və ikitərəfli görüşlər keçirmək üçün bu fürsətdən istifadə edirlər. Bu dəfə Azərbaycanın xarici işlər naziri ilə istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik, diqqətimizi sülh sazişinin mətninə yönəltdik, çalışdıq ki, daha bir müsbət irəliləyiş təmin edək, sazişin ən qısa zamanda yekunlaşmasına nail olaq",- deyə XİN rəhbəri qeyd edib.