NATO-nun yeddi ölkəsi Ukraynanın alyansa qoşulmasının əleyhinədir və əksər Avropa ölkələri qısa müddətdə bu təşəbbüsü dəstəkləməyəcək.
Rezonans.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.
Yüksək rütbəli ABŞ rəsmisi nəşrə bildirib ki, ABŞ prezidenti Co Bayden NATO-nun güclənməsinə və genişlənməsinə kömək etsə də, onun administrasiyası hesab edir ki, “Avropa paytaxtlarının əksəriyyəti qısa müddətdə NATO-ya doğru gedişi dəstəkləməyəcək”.
Həmsöhbət əlavə edib ki, Kiyevin bundan sonra alyansa hər hansı dəvəti ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində islahatların aparılması ilə bağlı olacaq.
"Politico"ya danışan ABŞ və NATO-nun dörd rəsmisi və diplomatı qeyd edib ki, Almaniya və ABŞ Volodimir Zelenskinin Ukraynanı bloka qoşulmaq üçün təcili dəvət çağırışına ayaqlarını sürükləyən əsas dövlətlərdir.
Qeyd olunur ki, Belçika, Sloveniya və İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında “gizlənir” və Kiyevin NATO-ya üzv olması ehtimalını qəbul etmək istəmirlər. Başqa bir məmur bu ölkələrin ideyanı mücərrəd şəkildə dəstəklədiyini, lakin reallaşmaya yaxınlaşarsa, daha açıq şəkildə ona qarşı çıxacaqlarını söyləyib.
Həmçinin göstərilir ki, Macarıstan və Slovakiya Ukraynanı alyansa dəvət etmək ideyasını açıq şəkildə rədd edir, Baltikyanı ölkələr və Polşa isə buna çox həvəslidir.