Ərdoğanı BRİKS sammitinin ən fövqəladə qonağı adlandırdılar

img

Türkiyə prezidenti Rəcəb Ərdoğan BRİKS-in Kazanda keçirilən sammitinin ən fövqəladə qonağı olub, çünki o, NATO üzvü olan dövlətin yeganə nümayəndəsi idi".

Rezonans.az xəbər verir ki,  bu barədə “The New York Times” (ABŞ) qəzeti yazıb. 

"İştirak edən onlarla lider arasında bir qonaq digərlərindən fərqli idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammiti kimi tanınan toplantılarda iştirak edən NATO ölkəsinin yeganə lideri idi", - məqalədə deyilir.

Müşahidəçilər Ankaranın NATO-da strateji tərəfdaş olaraq qalmasına, lakin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsinə və Moskva ilə ticarəti artırmasına diqqət çəkib.

Brookings İnstitutunun əməkdaşı Aslı Aydıntaşbaş bunu Türkiyə liderinin müxtəlif ölkələrlə əməkdaşlığa hazır olması, eləcə də ABŞ-Nİn tənəzzülü fonunda Türkiyənin çoxqütblü dünyada yaşamaq istəyi ilə əlaqələndirib.

Lakin Türkiyə lideri Kazanda proqramını yarımçıq qoyaraq Türkiyəyə qayıdıb. Buna səbəb Ankarada törədilən terror aktıdır.

Qeyd edək ki, Ankarada hərbi təyyarə və kosmik texnika istehsalçısı olan Türkiyənin TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib, ardınca atışma olub. Ankara Baş Prokurorluğu terror aktı ilə bağlı istintaqa başlayıb. Terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. 

Xəbəri paylaş: