Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
O, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı sualı belə cavablandırıb: "Burada məsələ ümid və ya onun yoxluğunda deyil, qarşılıqlı məqbul nəticəyə nail olmaq, həm Bakıya, həm də İrəvana uyğun gələn qarşılıqlı məqbul həll yolu tapmaqdır. Azərbaycan uzun müddətdir ki, bu istiqamətdə fəal işləyir. Ona görə də biz bu istiqamətdə işləyirik".