ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ermənistan-Azərbaycan münaqişəsinə toxunub.
Rezonans.az xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.
"Kamala Harris ABŞ prezidenti olarsa, bütün dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyik", - deyə o qeyd edib.
Xatırladaq ki, 2020-ci ildə 44 günlük müharibə zamanı ABŞ prezidenti Donald Tramp olub.