Azərbaycan Ermənistanla dayanıqlı sülhün əldə olunması üçün lazımi addımlar atır

img

ATƏT-in Minsk qrupu 28 il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində  demək olar ki, heç bir rol oynamadı və işğalçı Ermənistanı işğal etdikləri Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Vəzifəsi münaqişəni sülh yolu ilə həll etmək olan bu qurum yarandığı gündən bəri bir addım olsun irəliləyə bilmədi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə həll edilmədi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Təəssüf ki,  bunu etmədilər.

Minsk qrupunun illərdir etməli olduğu işi Azərbaycan öz gücü hesabına həll etdi. Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi və ən əsasda Azərbaycan əsgərinin şücaəti sayəsində status-kvo dəyişdirildi. 28 il ərzində  münaqişənin tənzimlənməsi üçün heç bir iş görməyən Minsk qrupu müharibədən sonra açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirərək Ermənistanın yanında yer aldı. 28 ildə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən həmsədrlərin artıq hazırki reallıqlarını qəbul edib,sülh müqaviləsinin imzalanması və Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad əlaqələrinin yaranması üçün cəhdlər göstərməlidirlər.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixli bəyanatda və ondan sonra imzalanmş digər bəyanatlarda regionda kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Bölgədə sülh və inkişaf naminə atılan addımlar qarşılıqlı olmalıdır. 

Azərbaycanın  yaratdığı yeni siyasi mənzərə Ermənistanı küncə sıxışdırıb. Ermənistan nə qədər mübarizə aparmağa çalışsa da, bölgədə nəzarəti Azərbaycan edir. Azərbaycanda  mövcud olan bu siyasi mənzərə tək qonşu dövlətlərin iqtisadi gəlirlər qazanması üçün deyil, Ermənistanın özünün də qazancla çıxmasına şərait yaradır. 

Azərbaycan postmüharibə dövrünün reallıqları fonunda regionda sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində  sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlıdır. Möhtərəm Prezident cənab İlham Əliyevin hər zaman çıxışları, qətiyyətli mövqeyi göstərir ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və fəaliyyətini məhz bu istiqamətdə qurur.Ancaq Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməyərək sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır. Ermənistanın qeyri-müəyyən davranışları, sülhə mane olmaq cəhdləri onu beynəlxalq miqyasda ciddi tənqid və qınaq obyektinə çevirir. 

Ermənistan mövcud olan bəzi qüvvələr revanşist düşüncələrindən əl çəkməlidir. Əks təqdirdə, öhdəliklərinə əməl etmədiyi üçün Ermənistanla sülh danışıqlarının da mənası qalmayacaqdır. Azərbaycan qalib tərəf olaraq bu çağırışı  edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.Ermənistan hakimiyyəti də, Ermənistan xalqı artıq anlamalıdırlar ki, imzalanacaq sülh sazişi onlar üçün son şansdır.

Azərbaycan bütün Cənubi Qafqaz regionunda inkişafa, sülhün və  əmin-amanlığın  yaradılmasına daim səy göstərir. Əgər Ermənistan bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaqdır. Bu halda hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət də məhz Ermənistanın üzərinə düşəcəkdir.


YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Xəbəri paylaş: