Oktyabrın 26- da Azərbaycan Respublikası Milli Məclisinin depuptatı Ziyafət Əsgərov 1 saylı Şərur- Sədərək dairəsi üzrə vətəndaş qəbulu keçirib.
Rezonans.az xəbər verir ki, YAP-ın Şərur Rayon Təşkilatının inzibati binasında təşkil olunan qəbulda sakinlərlə yanaşı Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Süleymanov və YAP-ın Şərur Rayon Təşkilatının sədri Əmir Babayev də iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olunan müraciətlər həll olunması üçün nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat, əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.