Oktyabrın 28-i Sumqayıtda suyun verilişində fasilə yaranacaq.
Rezonans.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar səhər saat 09:00-dan axşam 23:00-a qədər 9-cu mikrorayonun bir hissəsi, Qızıl Qum Qəsəbəsi, Köhnə Corat qəsəbəsinin bir hissəsi, Bağlar ərazisinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.