Gimnastlarımız Almaniyada iki qızıl medal QAZANDILAR

Gimnastlarımız Almaniyada iki qızıl medal QAZANDILAR

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.

Bu barədə Rezonans.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.

Onlar fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbəri paylaş: