Jurnalist xanım "BOLT" taksi xidmətindən narazıdır

img

Bolt şirkəti son zamanlar vətəndaşların narazılıqlarına səbəb olub.


Şəxsən mən "BOLT" taksilərdən çox istifadə edirəm.Mənə çox maraqlı gəlir ki, bu şirkət sürücüləri necə işə qəbul edir. Sadəcə olaraq onlayın şəkildə  özün haqqında məlumat yazırsan bunula hər şey bitir. "Bolt" şirkəti anlamalıdır ki, "Sürücü" sözü nə deməkdir.Sərnişinlərin təhlükəsizliyinə zəmanət verilməlidir. Mənədə çox maraqlıdır məhz bu şirkət niyə işə qəbul etdiyi şəxsi təmamiylə yoxlamır.Ümumiyyətlə işə qəbul zamanı insanın psixologiyası yoxlanılmalıdır və bunula bağlı narkoloji disponserdə analiz vermələri daha yaxşı olardı.

  Sürücülük  vəsiqəsini pula alırlar. Bolt şirkətində işləyən sürücülərin əksəriyyəti şərnişinlərlə çox aqressiv danışıqlar aparır, belə ki, sükan arxasında çoxlarını yuxu apardığının şahidi oluram. Sərnişinlərə kartla ödəniş etməməyi xahiş edirlər. Sürücülərin çoxlarının telefonda istifadə olunan xəritədən heç bir anlayışları yoxdur. Sərnişinlərin təhlükəsizliyinə heç bir zəmanət yoxdur.


Bir sözlə "Bolt" şirkətində işləyən sürücülərin yol hərəkət qaydalarının düzgün bilmələri səviyyəsi çox aşağıdır. Sürdükləri maşınlar çox çirkli saxlanılır. Salonda oturmaq belə istəmirsən. Sürücülərin danışıq qaydaları  belə yoxdur. Şirkət belə ciddi məsələlər haqqında ölçü götürsə yaxşı olar. Vətəndaşların hüquqları onların təhlükəsizliyi tam şəkildə qorunmalıdır.

Sahilə Abdullayeva

Xəbəri paylaş: