Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi bəlli deyil.
Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, bəlli deyil”, - deyə Peskov müvafiq suala cavab verib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı (COP29) 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.