Xəbər verdiyimi kimi, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Rezonans.az “Anadolu Ajans”a istinadən xəbər verir ki, iclasdan sonra dövlət başçısı mətbuata açıqlamalar zamanı Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.
Ərdoğan Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin Ankaradakı görüşünü xatırladıb. Ölkə başçısı bildirib ki, Cənubi Qafqazda mümkün sülh üçün unikal fürsət yaranıb.
“Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh küləkləri əsir. Biz Azərbaycan və Ermənistanın səylərini yaxından izləyirik. Arzumuz odur ki, prosesə müdaxilə etməyə çalışanlara fürsət vermədən tez bir zamanda şad xəbər alaq. Davamlı sülhün əldə edilməsi üçün unikal dövrdür. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Türkiyə lideri deyib.