"Bakı-İrəvan arasında sülhün əldə edilməsi üçün unikal dövrdür" - Ərdoğan (VİDEO)

img

Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb". 

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. 

Türkiyə lideri Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin Ankaradakı görüşünü xatırladaraq Bakı-İrəvan münasibətlərindən söz açıb: 

"Türkiyə Azərbaycan və Ermənistanın səylərini yaxından izləyirik. Arzumuz odur ki, prosesə müdaxilə etməyə çalışanlara fürsət vermədən tez bir zamanda şad xəbər alaq. Davamlı sülhün əldə edilməsi üçün unikal dövrdür. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib. 


Xəbəri paylaş: