Sosial mediada ADY Kart adı altında saxta səhifələr açılıb.
Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.
“ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun. Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın. Yalnız rəsmi mənbələrdən məlumat əldə edin. Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq. Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla və ya 18 22 “Qaynar xətt”imizlə əlaqə saxlayın, bank məlumatlarınızı heç kimlə paylaşmayın", - məlumatda qeyd edilib.