COP29-un ikinci günündə Bakıya gələn dövlət rəsmiləri

img

Polşa Respublikasının Prezidenti Andjey Duda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Rezonans.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan əlavə, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. Qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və rəsmi şəxslər qarşılayıblar.

Ruanda Respublikasının prezidenti Pol Kaqame noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və rəsmi şəxslər qarşılayıblar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaq rəsmi şəxslər tərəfindən qarşılanıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Emi Poup noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Süesyan BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.

Həmçinin Sudan Respublikasının Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan da noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbəri paylaş: