"Təcili yardımla əlaqəli bütün hazırlıq prosesləri bitib" - Vüqar Qurbanov

img

COP29 müddətində təcili yardımla əlaqəli bütün hazırlıq prosesləri bitib və xidmət ərəfəsindəyik.

Rezonans.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həm yaşıl, həm də mavi zonada təcili yardım briqadaları fəaliyyət göstərir.

Vüqar Qurbanovun sözlərinə görə, son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlərin sayında ciddi azalma müşahidə olunur: "Təcili tibbi yardım mərkəzi tam yenilənmiş şəkildə fəaliyyətini davam etdirir. Hazırda Bakı şəhəri üzrə ən çox əhali məskunlaşan rayonlarda yaşayış yerlərinin yaxınlığında yeni təcili yardım yarımstansiyaları qurulub.

Pik saatlarda səyyar təcili tibbi yardım briqadaları ərazilərə cəlb olunur ki, gecikmələr baş verməsin. Hesab edirəm ki, bütün bu işlər nəticəsində qısa zamanda yaxşı nəticələr əldə olunacaq".

Xəbəri paylaş: