COP29 üçün Bakıya neçə xarici qonaq gəlib? - Hikmət Hacıyevdən AÇIQLAMA

img

COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələrin qeydiyyatı həyata keçirilib.

Rezonans.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

O qeyd edib ki, bunların mütləq əksəriyyəti - 60 mini xarici qonaqlardır: “Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib”.

Xəbəri paylaş: