Haaqa Məhkəməsi bu gün Bakının İrəvana qarşı qaldırdığı iş üzrə hökmünü açıqlayacaq

Haaqa Məhkəməsi bu gün Bakının İrəvana qarşı qaldırdığı iş üzrə hökmünü açıqlayacaq

Bu gün Bakı vaxtı ilə saat 18:00-da Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə təqdim etdiyi ilkin etirazlara dair hökmünü açıqlayacaq.

Rezonans.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Haaqa Məhkəməsində 2023-cü il avqustun 21-də Ermənistan Azərbaycanın ilkin etirazları ilə bağlı öz yazılı müşahidələrini və mövqeyini təqdim edib. Cari ilin 15-19 aprel tarixlərində isə Məhkəmənin yurisdiksiyasına dair verilmiş ilkin etirazlarla bağlı ictimai dinləmələr keçirilib.

Xəbəri paylaş: