Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili axtarışa verilib və Rusiyada qiyabi həbs edilib.
Rezonans.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (xüsusilə böyük miqyasda dələduzluq) 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur. Kezeraşvilinin nümayəndələri bu qərardan apellyasiya şikayəti verməyiblər və qərar qüvvəyə minib.