Şəhidin polkovnik-leytenant olan atası vəfat etdi

img

Vətən müharibəsi şəhidi Nəcəf Şikarovun atası Şikar Şikarov dünyasını dəyişib.

Rezonans.az xəbər verir ki,  bu barədə onun yaxınları məlumat yayıb.

Xatırladaq ki, şəhid kapitan Nəcəf Şikarovun atası, polkovnik-leytenant Şikar Şikarov Birinci Qarabağ müharibəsi iştirakçısı olub. O, Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb. Oğlu Nəcəf Şikarov isə 2020-ci ilin noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Xəbəri paylaş: