Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi

Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi

Bu gün “Mərdəkan” və “Bilgəh”də çimmək istəyərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

 

Bu barədə Rezonans.az-a Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Xəbəri paylaş: