Turistləri daşıyan avtobus qəzaya uğradı

img

Gürcüstanın Kaxeti bölgəsində Bakurtsixe-Tbilisi yolunda turistlərin olduğu mikroavtobus minik avtomobili ilə toqquşub.

 

Rezonans.az xəbər verir ki, hadisə zamanı mikroavtobusda olan 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Məlumata əsasən, onlardan 9-u xarici turist digərləri isə sürücü və bələdçilərdir.

 

Yaralılar təcili yardım briqadası ilə Gurcaani GeoHospital klinikasına çatdırılıblar. İki turistin vəziyyəti nisbətən ağır olduğu bildirilir.

Xəbəri paylaş: