25-30 noyabr tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı yarışda iştirak edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasından Rezonans.az-a verilən məlumata görə, idmançımız qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal taplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala sahib olub.
Bununla yanaşı yarışda ölkəmizi yeniyetmə idmançılarımız Səbinə Əliyeva və Leyli Axundova təmsil edib. Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşmışdır.