Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Z.Bürciyevin rayonun Dızdipok kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub.
Rezonans.az-ın məlumatına görə, həmin şəxsdən 1 ədəd müxtəlif ov tüfəngi və qanunsuz ovladığı çöl quşu aşkarlanıb.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması məhkəməyə göndərilib.