Qazaxda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib

img

Qazax Rayon Polis Şöbəsinin təçkilatçılığı ilə rayonun 1 və 4 saylı tam orta məktəblərində keçirilən görüşdə çıxış edən şöbənin rəisi, polis polkovniki Sənan Əsədov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir.

Rezonans.az xəbər verir ki, son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında, o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazid əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Görüşdə həmçinin, DİN-in Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.




Xəbəri paylaş: