Fermada 7 cəsəd tapıldı

img

Meksikanın şərqindəki Yukatan ştatında fermada 7 nəfərin cəsədi aşkarlanıb.

 

Rezonans.az xəbər verir ki, Yukatan əyalətinin Çikindzonot qəsəbəsindəki bir fermadan çoxlu sayda kimliyi aşkar edilməyən cəsəd tapılıb.

 

Səlahiyyətlilər tapılan 7 cəsədin başında güllə yarası aşkar edib. Yəni həmin şəxslərin güllələnərək öldürüldüyü müəyyən olunub.

 

Yerli prokurorluq hadisə ilə bağlı ətraflı araşdırma aparıldığını açıqlayıb.

Xəbəri paylaş: