"Ermənistan hökuməti, yəni Nikol Laçın şəhərini Azərbaycana verməyə məcburdur. Çünki başqa çıxış yolu yoxdur. Bu, növbəti təslimçilikdir".
Rezonans.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanda ictimai fəal, blogger Aşot Qorqyan deyib.
İctimai fəal "Hayeli TV"-nin canlı yayımda bildirib ki, İrəvan növbəti təslimçi akta imza atacaq:
"Laçın şəhər mərkəzi və yaxınlıqdakı kəndlər Azərbaycana qaytarılacaq. Düz iki ildir ki, proses ona doğru gedir. İki il əvvəlki sazişdə Paşinyan belə bir öhdəlik götürüb. Rus qoşunları da bu məsələyə səsini çıxarmır. Vəziyyətlə barışmağımızı tələb edirlər".










