Türkiyə Suriyada PKK-nı məhv edəcək

img

Türkiyə Suriyada Kürdüstan Fəhlə Partiyasını (PKK) məhv etmək niyyəti barədə ABŞ-ni məlumatlandırıb və Vaşinqtonun “mövqeyinə yenidən baxacağına” ümid edir.

Rezonans.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

“Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Biz onlardan öz mövqelərinə yenidən baxacaqlarını gözləyirik”, - deyə nazir qeyd edib.

Xəbəri paylaş: