Dekabrın 17-də səhər saatlarında Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
"Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Rusiya Kimyəvi Müdafiə Zavodunun general-leytenantı İqor Anatolyeviç Kirillov həlak olub. Kirillov və köməkçisi səhər saat 6 radələrində Ryazanski prospektindəki evin girişindən çıxıblar. Bu zaman PUA partlayıb", - KİV qeyd edib.
Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.
Rusiya MN hadisə ilə bağlı hələlik məlumat yaymayıb.