Ruslar uşaq bağçasına raket atdılar

img

Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevdə uşaq bağçasına raket zərbələri endirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Rusiya raketi ilə vurulan daha bir “hərbi obyekt”. Bu gün Kiyevdə bir uşaq bağçası...”, - nazirliyin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

 

Qeyd edək ki, iyunun 26-da səhər saatlarında Kiyev şəhərinin mərkəzi hissəsinə bir neçə raket atılıb. Kiyevin Şevçenko rayonuna raketin düşməsi nəticəsində yaşayış binasında dağıntılar qeydə alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. Ölən və yaralananlar barədə dəqiqləşdirmə aparılır.

Xəbəri paylaş: