İtaliyada seçkilərin ikinci turu keçirilir

img

İtaliyada yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilir.

 

Rezonans.az xəbər verir ki, iki həftə əvvəl keçirilən seçkilərin ilk turunda bələdiyyə sədri seçilməyən və 15 mindən çox əhalisi olan bələdiyyələrdə seçkilərin ikinci turu üçün səsvermə bülletenləri açılıb.

 

Ümumilikdə 65 bələdiyyədə keçirilən seçkilərdə 2 milyondan çox vətəndaş səsvermə hüququna malikdir.

 

Xatırladaq ki, İtaliyada iyunun 12-də ümumilikdə 971 bələdiyyədə keçirilən qismən yerli seçkilərdə əsasən sağ mərkəzçi ittifaq qalib gəlib.

Xəbəri paylaş: