Ukrayna Zaporojye AES-ə PUA-larla hücum etdi

img

Ukraynaya məxsus PUA-lar Zaporojye Atom Elektrik Stansiyasının unikal təlim mərkəzinə hücum edib.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatı Zaporojye AES-in təlim mərkəzinin “G” korpusunun damına düşüb, burada tam miqyaslı reaktor zalı simulyatoru yerləşir", - məlumatda bildirilib. 

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində xəsarət alan olmayıb.  

Xəbəri paylaş: