Qazaxıstanda metapnevmovirusa yoluxma halları qeydə alınıb

img

Oktyabrın 1-dən Qazaxıstanda kəskin respirator virus infeksiyası olan metapnevmovirusa 30 yoluxma halı müəyyən edilib.

Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentdən bildirilib ki, epidemiya mövsümü başlayandan respublika üzrə 8360 nümunə qeyri-qrip virusuna görə yoxlanılıb. Bunlardan 1866 (22%) müsbət nümunə müəyyən edilib. Metapnevmovirusun payı cəmi 1,6% təşkil edib.

Yanvarın 4-də "Daily Mail" nəşri də Çində insanların metapnevmovirusa yoluxduğunu yazmışdı. 

Metapnevmovirus infeksiyası, əsasən, həyatın ilk ilində uşaqlara təsir göstərir. Əsas simptomlar: öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısı, xəstələrin beşdə birində də qusma qeydə alınır. 

Xəbəri paylaş: