Ağ Ev yanvarın 9-da Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.
Rezonans.az xəbər verir ki, bu barədə "Associated Press" iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi açıqlama ABŞ-nin müdafiə naziri Lloyd Ostinin Almaniyaya səfəri zamanı veriləcək.
Bu paket gedən Co Bayden administrasiyası üçün sonuncu olacaq. Mənbələr bunun əhəmiyyətli olacağını, lakin ABŞ Konqresinin Ukrayna üçün artıq təsdiq etdiyi dörd milyard dolların hamısını daxil etmək ehtimalı olmadığını deyir.
Bayden administrasiyası Donald Trampın Ağ Evə qayıtdıqdan sonra Konqres tərəfindən Kiyevə ayırdığı və hələ xərclənməmiş vəsaiti köçürməkdən imtina edə biləcəyindən ehtiyat edərək, son həftələrdə Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirib.