Dünyanın ən pis tıxacları bu şəhərlərdədir

Dünyanın ən pis tıxacları bu şəhərlərdədir

Dünyanın ən pis tıxacları olan şəhərlərin adları açıqlanıb. 

Rezonans.az xəbər verir ki, bu  barədə "Inrıx" nəşri təhlil aparıb. 

Bildirilir ki, 2025-ci ildə sözügedən siyahıya Türkiyənin İstanbul şəhəri başçılıq edir. Türkiyənin 20 milyondan çox əhalisi olan ən böyük şəhəri reytinqdə Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri geridə qoyub. Tədqiqat 37 ölkənin 900-dən çox şəhərini əhatə edib.

Analitiklərin fikrincə, şəhərdə tıxac vəziyyəti il ərzində 15% pisləşib. Bir il əvvəl Çikaqo reytinqdə lider idi.  

Xəbəri paylaş: