Misli Premyer Liqada 2 oyun keçiriləcək

img

Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

Rezonans.az xəbər verir ki, günün ilk görüşündə "Turan Tovuz" "Səbail"i sınağa çəkəcək. Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.

"Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Günün digər görüşündə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da çalınacaq.

Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, 21 xalı olan "Sumqayıt" isə altıncı yerdə qərarlaşıblar.

Misli Premyer Liqası

III dövrə, XXI tur

1 fevral

16:00. "Turan Tovuz" - "Səbail"

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu.

18:30. "Sumqayıt" - "Araz-Naxçıvan"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Xəbəri paylaş: