NATO-nun baş katibi Yens Stoltenberq Madrid sammiti öncəsi maraqlı açıqlama ilə gündəmə gəlib.
Rezonans.az "Haber Global"a istinadən xəbər verir ki, baş katib Türkiyə ilə saziş üzərində çalışdıqlarını deyib.
“Biz İsveç, Finlandiya və Türkiyə arasında silah ixracı, terrorla mübarizə də daxil olmaqla Ankaranın təhlükəsizliklə bağlı narahatlığını aradan qaldırmaq üçün saziş üzərində işləyirik”, - Stoltenberq bildirib.
İsveçin Baş naziri Maqdalena Andersson ölkəsinin bundan sonra terrorçular üçün etibarlı sığınacaq olmayacağını vəd edib.
“Ümid edirəm ki, NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar qısa zamanda tamamlana bilər. İsveç terrora qarşı sərt mövqeyini davam etdirəcək, terrorçular üçün etibarlı sığınacaq olmayacaq”, - deyə Baş nazir vurğulayıb.










