
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin direktoru vəzifəsini icra edən Xoşqədəm Xudiyeva tələbələrlə görüş keçirib.
Rezonans.az xəbər verir ki, görüşdə payız imtahan sessiyasının uğurla başa çatması və yaz semestrinin başlanması qeyd edilib. Direktor tələbələrə mövcud qaydalara uyğun təşkil olunan dərslərdə məsuliyyətli iştirak etməyin vacibliyini vurğulayaraq, onları Kollecin həyatında daha fəal olmağa və bilik-bacarıqlarını inkişaf etdirmək üçün yaradılmış imkanlardan maksimum faydalanmağa çağırıb.
Görüş zamanı tələbələrin sualları və təklifləri dinlənilib, onların fikirləri nəzərə alınaraq müzakirələr aparılıb.