
Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub.
Rezonans.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.