
Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az xəbər verir ki, hadisə zamanı 74-BB-671 dövlət nömrəli nişanlı "BMW" markalı avtomobil qarlı havada yük maşını ilə toqquşub. Qəzada bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.