
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Səməd Cəfərov və Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə Fəxri Mediator diplomu ilə mükafatlandırılıb.
Rezonans.az xəbər verir ki, hər üç hakim cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun təşviqi, mediasiya institutunun inkişafı sahəsindəki səmərəli təkliflərin verilməsi və mediasiya institutunun ölkəmizdəki inkişafına verdikləri töhfələrə görə bu ada layiq görülüb. Hər üç hakimin mediasiya sahəsində verdikləri səmərəli təkliflər Mediasiya Şurası tərəfindən hər zaman təqdir edilib və dəstəklənib.
Mediasiya Şurası hər üç hakimə cənab Prezident tərəfindən imzalanan "Mediasiya haqqında" Qanunun təşviqi, icrası sahəsində göstərdikləri xidmətlərə görə dərin təşəkkür edir və fəaliyyətlərində uğurlar arzu edir.