
Avropa İttifaqı martın 6-da keçiriləcək sammitində Ukraynaya yüz milyardlarla avro maliyyə ayıra bilər.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Makronun sözlərinə görə, qarşıdan gələn sammitin məqsədi Ukraynaya dəstəyi gücləndirmək və Aİ-nin təhlükəsizliyini təmin etmək üçün zəruri olan birgə maliyyələşdirmə proqramını dərhal başlamaq üçün Avropa Komissiyasına səlahiyyət verməkdir.
Fransa lideri sammitin müstəsna əhəmiyyətini və nəzərdə tutulan maliyyə yardımının miqyasını vurğulayıb.